Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Abşeron rayonu Mehdiabad qəsəbə 4 nömrəli tam orta məktəbdəndir. Sözügedən təhsil müəssisəsi 2014-cü ildə istifadəyə verilib. Hazırda məktəbdə 1106 şagird təhsil alır.

 

2018-2019-cu tədris ilində  IX sinif buraxılış imtahanlarında məktəbin şagirdləri yüksək nəticə göstərərək Abşeron rayonu üzrə reytinq cədvəlində 1-ci yeri tutub.

 

"Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.