Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri  23 dekabrda keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı  Azərbaycan Texnologiya Universitetinin  (UTECA) tələbələri ilə  görüşüblər. "Sənin səsin, sənin seçimin!" başlığı ilə keçirilən görüşdə UTECA ilə yanaşı, şəhərin digər ali təhsil ocaqlarının tələbələri, namizədlər, Ombudsmanın Gəncə regional nümayəndələri iştirak ediblər.

 

Məqsəd səsvermədə ilk dəfə iştirak edənlərin seçki proseduru ilə bağlı maarifləndirilməsi olub. Görüşdə seçkilərlə bağlı informasiya çatışmazlığının aradan qadırılması məsələsi müzakirə olunub,  gənclərin prosedurda fəal iştirakını təmin etməyin vacibliyi diqqətə çatdırılıb.