Bakı İdarəetmə və Texnologiya Kollecində metodiki işlərə, o cümlədən “açıq  dərs”lərin keçirilməsinə  geniş  yer verilir. Kollecdə  fənn müəllimlərinin  dərsləri    müntəzəm dinlənilir  və   yüksək  səviyyədə   təhlil olunur.

 

İş planına  əsasən elə bu günlərdə kollecin  riyaziyyat  müəllimi Gülər  Ağazadənin Ali riyaziyyatın əsasları fənnindən A-151 qrupunda “Müəyyən integral və müəyyən integralın hesablanması” mövzusunda “açıq dərs”inin keçirilməsi buna real sübutdur.

 

Dərsə  başlamazdan əvvəl Dövlət  himni  səsləndirildi. Ümummilli lider Heydər Əliyevin  həyat yolundan bəhs edən videoçarx nümayiş etdirildi.

 

Sonra Gülər Ağazadə “açıq dərs”ə keçid aldı.  Dərsdə tələbələr  2 komandaya bölündü. Birinci komanda  “Birinci integral”, İkinci komanda isə “Qeyri-müəyyən integral” adlandırıldı. Komandalar arasında 3 yarışma  keçirildi. Yarışmada  komandanın üzvlərinə müxtəlif  suallar təqdim olundu.

 

Nəticədə yarışmada fərqlənən  tələbələrə mükafatlar təqdim edilir.

 

Sonrakı mərhələdə “açıq dərs”in təhlili  keçirildi. Kollecin direktoru, fəlsəfə doktoru Faiq  Şahbazlı dərs  barəsində  fikrini bildirdi. Qeyd etdi ki, Gülər Ağazadənin “açıq dərs”i   adından göründüyü kimi  keçirilən digər “açıq dərs”lərdən    fərqlidir. Müəllim  dərsdə  müasir dəsə  verilən tələbləri  gözləməklə, əyani vəsaitdən istifadəyə  geniş  yer verdi. Fənlərarası əlaqə yaratdı. Ən əsası qrupda  tələbələrin   fəallığını təmin edə  bildi.

 

Sonra dərsdə iştirak edən riyaziyyat müəllimlərindən  Əbülfəz Orucov, Ramal Əməşov, Gültəkin Zeynalova və başqaları da dərslə bağlı fikirlərini  söylədilər.

 

İlahə ORUCOVA,

Bakı İdarəetmə və Texnologiya Kollecinin metodisti