“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Lənkəran rayonu Vasif Hüseynov adına Nərimanabad qəsəbə tam orta məktəbinin informatika müəllimi Şahanə Heydərovaya həsr olunub. O, 2015-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 54 bal toplayıb.

 

Şahanə Heydərova deyir ki, zəif oxuyan şagirdi belə bir az cəsarətləndirməklə nəticələrinin yaxşılaşmasına nail olmaq mümkündür.

 

“Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.



Bölmənin digər xəbərləri