Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku ilə görüşüb.

 

Rektor səfirlə söhbətdə Rumıniya universitetləri ilə əlaqələrdən bəhs edib, elm və təhsil sahəsində əməkdaşlığın perspektiv inkişafına xüsusi önəm verdiyini vurğulayıb. E.Babayev  28-29 may 2019-cu il tarixlərində Buxarest şəhərində BDU-nun 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans barədə də danışıb.

 

Səfir Dan İanku Rumıniya universitetləri ilə BDU arasında əməkdaşlığın əhəmiyyətini qeyd edib, müvafiq ali təhsil müəssisələri ilə əlaqələrin daha da inkişafında maraqlı olduqlarını bildirib.