Təhsil Nazirliyinin “Məktəbimizdə” fotorubrikası davam edir. Budəfəki görüntülər Gəncə şəhəri M.Müşfiq adına 14 nömrəli tam orta məktəbdəndir.

 

1975-ci ildən fəaliyyət göstərən məktəb 2017-ci ildə əsaslı şəkildə təmir olunub. Hazırda ümumi təhsil müəssisəsində 1221 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 88 müəllim məşğul olur. Məktəbdə  təşkil edilən 5 məktəbəhazırlıq qrupuna 95 uşaq təhsilə cəlb edilib.

 

2018-2019-cu tədris ilində məktəbin texniki və təbiət təmayüllü sinfini bitirən 21 məzundan 19-u tələbə adını qazanıb.

 

Qeyd edək ki, "Məktəbimizdə" rubrikasının məqsədi ümumi təhsil müəssisələrində tədris prosesinin bir gününü diqqətə çatdırmaqdır.

 

 

 


Bölmənin digər xəbərləri