Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) “Azərbaycan Universitetlərində tədris və təlimin təkmilləşdirilməsi” (PETRA) ERASMUS+ layihəsi çərçivəsində yaradılan “Təlim-tədris və resurs mərkəzi”nin açılışı olub. Açılışda Milli ERASMUS+ Ofisinin rəhbəri Pərviz Bağırov,  Xəzər Universitetinin İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva və ADPU-nun rəhbərliyi iştirak edib.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov  mərkəz haqqında məlumat verdikdən sonra qonaqlar Azərbaycan universitetlərinin beynəlxalq layihələrdə uğurlu iştirakından, layihələrin əhəmiyyətindən və əldə olunan nailiyyətlərdən danışaraq, Avropa təcrübəsinin Azərbaycana gətirilməsinin ali təhsil müəssisələrimizdə təhsilin keyfiyyətinə müsbət təsirini qeyd ediblər.

 

Daha sonra mərkəzin fəaliyyəti  haqqında geniş məlumat verən Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə mərkəzin tədrisin təkmilləşdirilməsinə göstərəcəyi dəstəkdən bəhs edib.