AMEA Botanika İnstitutunun dissertantı Xatirə Qasımova və doktorant Şəbnəm İsayeva Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən V.L. Komarov adına Botanika İnstitutunda  elmi ezamiyyətdə olublar.

 

Ezamiyyət müddətində gənc tədqiqatçılar Bitkilərin anatomiya və morfologiyası laboratoriyasında yem əhəmiyyətli bitki toxumlarının vegetativ orqanlarının anatomik qruluşunu öyrənib, həmçinin Palinologiya laboratoriyasında Azərbaycanın palçıq vulkanı ərazilərindən toplanılmış bitkilərin tozcuqlarında palinoloji tədqiqatlar aparıblar.

 

Səfər zamanı X. Qasımova  “İqlim dəyişikliyi və abiotik stress: müxtəlif yem bitkilərində kök-gövdə əlaqələri (Kür-Araz ovalığı, Azərbaycan)”, Ş. İsayeva isə “Palçıq vulkanlarının florası, bitkiliyi və palinologiyası (Azərbaycan)” mövzusunda təqdimat ediblər.