Bakı Dövlət Universitetində (BDU) Fizika Problemləri ETİ-nin və AMEA-nın Fizika İnstitutunun birgə seminarı keçirilib.

 

Seminarda Yaponiyanın Osaka Prefektura Universitetinin Fizika və elektronika fakültəsinin Ali mühəndislik məktəbinin magistrantı Ryota Kitano “Bulk Electronic Structure of InSe” və AMEA-nın Fizika İnstitutunun doktorantı Elvin Əlizadə “Bulk Electronic Structure of InTe (Spectroscopic ellipsometry data and ab-initio calculations)” mövzularında çıxış ediblər.

 

R.Kitano və E.Əlizadə BDU-nun Fizika Problemləri ETİ-də InSe və InTe-un optik xassələrinin öyrənilməsi və onların zona quruluşlarının hesablanması üzrə tədqiqat aparıb. Optik xassələrin öyrənilməsi istiqamətində olan olan bütün təcrübi tədqiqat işləri AMEA-nın Fizika İnstitutunun İnnovasiya sektorunda olan müasir cihazlar vasitəsi ilə yerinə yetirilib. Zona quruluşunun hesablanması istiqamətində olan işlər BDU-nun Fizika Problemləri ETİ-nin və AMEA Fizika İnstitutunun əməkdaşları tərəfindən birgə yerinə yetirilib.

 

R.Kitano və E.Əlizadə bu müddət ərzində alınmış elmi nəticələrlə bağlı seminar iştirakçılarının suallarını cavablandırıblar.

 

Seminarda BDU-nun rektoru Elçin Babayev, AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədov və hər iki qurumun əməkdaşları iştirak ediblər.