Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 3 məzunu bələdiyyə üzvü seçilib. ADNSU-nun “Elektroenergetika mühəndisliyi” ixtisası üzrə 2017-ci il SABAH məzunu Hüseyn Mürşüdlü Masallı rayonunun Təklə bələdiyyəsi, “Neft-qaz mühəndisliyi” ixtisası üzrə 2018-ci il SABAH məzunu Sabir Sabirli  Neftçala rayonunun Qaçaqkənd bələdiyyəsi, “Neft-qaz qurğuları mühəndisliyi” ixtisası üzrə 2019-ci il SABAH məzunu  Kəbləhüseyn Hüseynov Zirə bələdiyyəsinin üzvü seçilib.

        

Qeyd edək ki, ADNSU-nun SABAH qrupları üzrə koordinatoru Elşən Zeynalov isə Fatmayi bələdiyyəsinə üzv seçilib.