Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsinin “Yeni beyinqazanma” üzrə proqramı çərçivəsində Kanadada yaşayan soydaşlarımız Turqut Cabbarlı və Nərgiz Məmmədova Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüblər.

 

Rektor rəhbərlik etdiyi ali təhsil ocağı haqqında qonaqlara məlumat verib.

 

Söhbət zamanı AzTU ilə Kanada universitetləri arasında müxtəlif sahələr, o cümlədən  süni intellekt üzrə tələbə, müəllim və tədqiqatçıların mübadiləsi müzakirə edilib. Həmçinin Kanada universitetlərində AzTU haqqında informativ xarakterli tədbirlərin təşkili, tələbələrin yay tətilində Kanadaya təcrübəyə göndərilməsi  ilə bağlı fikir mübadiləsi aparılıb.

 

AzTU-nun Kanada universitetlərinin tədqiqat layihələrinə cəlb edilməsi də nəzərdə tutulub.

 

Qeyd edək ki, T.Cabbarlı və N.Məmmədova süni intellekt sahəsində mütəxəssis,bu  sahə üzrə şirkət  rəhbərləridir və  Kanadanın bir sıra universitetləri ilə əməkdaşlıq edirlər.