Azərbaycan Dövlət Pedoqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedoqojı Kollecində “Ədəbiyyat coğrafiyamızda islamın izləri” adlı tədbir keçirilib.

 

Kollecin Aəzərbaycan dili  və ədəbiyyat müəllimi Ədibə Məcidova  məruzəsində islamın ədəbiyyat tarixinə müxtəlif dövrlərdə, mərhələlərdə daxil olması, həmin dövrün ədəbi- ictimai maraqlarına səbəb olmasını xüsusi vurğulayıb. Bildirib ki, Azərbaycan türklərinin islam dinini qəbul etdikləri ilk əsrlərdə ədəbiyyata islam ideologiyasının birbaşa təsiri, ərəbcə, farsca yazmağa meyillilik tamamilə təbii idi:” Əsasən türkçülük dünyagörüşünün məsulu olan Dədə Qorqud eposundan sonra Nizami Gəncəvi “Xəmsə”sinin meydana çıxması milli, bədii, ictimai təfəkkürün islama tarixi marağından irəli gəlirdi. Qədim dövrdən fərqli olaraq, orta dövr Azərbaycan ədəbiyyatında türk islam sufizmi özünü daha qabarıq şəkildə göstərir”.

        

Ə.Məcidova Azərbaycan ədəbiyyatı tarixində müstəsna xidmətləri olan İmadəddin Nəsimi, Məhəmməd Fizuli, Şah İsmayıl Xətai kimi ölməz sənətkarların yaradıcılığında islam dininin izlərindən danışıb və fikrini bədii sitatlarla əsaslandırıb.

   

Tədbirdə iştirak edən Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müdiri, filologoya elmləri doktoru Əhməd Niyazov,  ümumilikdə islamın təzahürünü, mahiyyətini aydınlaşdıraraq “islam nədir” sualı ətrafında çox maraqlı mülahizələr yürüdüb. Müqəddəs  “Qurani- Kərim” ayələrindəki nəsihətlərin, əxlaqi xüsusiyyətlərin şairlərin, ədiblərin yaradıcılıqlarında öz bədii əksini tapmasından söhbət açıb. Böyüyə hörmət, kiçiyə mərhəmət, insanpərvərlik, xeyirxahlıq kimi fəzilətlərdən ayrıca bəhs edərək, tələbələri əxlaq kodeksi ilə yaxından tanış edib.

      

Bakı Dövlət Universitetinin müəllimi, filologiya elmlər doktoru A. Kərimova islamda qadınlara verilən dəyərdən,  kollecin Azərbaycan dili və ədəbiyyat müəllimi  S.Əsgərova isə  islamda təriqət, həqiqət və mərifətin mahiyyətindən danışıb.  

 

Tədbir  diskussiya şəklində başa çatıb.

 

Sədaqət ƏSGƏROVA,

ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi