Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində Qida Təhlükəsizliyi İnstitutunun mətbu orqanı olan “Süfrə” jurnalının təqdimatı keçirilib.

 

Azİİ e- Kitab Evinin direktoru Səlahət Mahmudova tədbir iştirakçılarına kitab evi və onun elektron resursları barədə məlumat verib.

 

Sonra ADNSU-nun prorektoru, dosent Ata Babayev çıxış edərək ölkədə yeni qida təhlükəsizliyi sisteminin qurulmasından, Qida Təhlükəsizliyi Agentliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən, həmçinin ADNSU ilə  agentlik arasındakı qarşılıqlı əməkdaşlıq əlaqələrdən danışıb.

 

Qida Təhlükəsizliyi İnstitunun direktor müavini Camal Quliyev qida təhlükəsizliyinin önəmindən söz açaraq bildirib ki, 2017-ci ildə dövlət başçısının sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyi yaradıldıqdan sonra bu sahədə mərkəzləşdirilmiş nəzarət mexanizmi qurulub, qida təhlükəsizliyinin təminatı kifayət qədər təkmilləşdirilib. O,  “Süfrə” jurnalı ilə bağlı tədbir iştirakçılarına geniş məlumat verib.

 

Digər çıxışçılar da qida təhlükəsizliyi ilə bağlı əldə olunan nailiyyətlərdən bəhs edərək yeni nəşr olan  “Süfrə” jurnalının bu sahənin inkişafı üçün əhəmiyyətli nəşr olacağını qeyd ediblər.