Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni  ilə həsr olunan tədbir keçirilib.

 

Universitetin rektoru, professor Mustafa Babanlı Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramı münasibətilə ali təhsil ocağının professor-müəllim heyətini və tələbələri təbrik edib.

 

2019-cu ildə universitetdə görülən işlərdən və əldə olunan nailiyyətlərdən,  ötən ay ərzində keçirilən tədbirlərdən və universitetin həyatında baş verən əlamətdar hadisələrdən danışan  M.Babanlı yeni ildə hər kəsə təhsil uğurları arzu edib.

 

ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblı, eləcə də tanınmış incəsənət xadimləri və müğənnilərin iştirakı ilə keçirilən konsert proqramı hamıda xoş ovqat yaradıb.