112 nömrəli tam orta məktəbin "Kiçik Akademiya" sı və Sabunçu Kiçik Akademiyasının (SKA) təşkilatçılığı, Bakı Şəhər Təhsil İdarəsi (BŞTİ), Sabunçu Gənclər Evi (SGE), 4 nömrəli Valideyn- Müəllim Assosasiyası (VMA ), Azərbaycan Dövlət Mədəniyyət İncəsənət Universiteti  Tələbə Gənclər Təşkilatı, Edu Grata təhsil mərkəzinin dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunan  “İntellektual olimpiada”nın təltifetmə mərasimi keçirilib.

 

Mərasimdə BŞTİ-nin İnkişaf layihələri üzrə sektorunun baş məsləhətçisi Sevinc  Əzimova, SGE-nin direktoru Samir Mehralıyev, SKA və VMA-nın prezidenti Sərxan Şahverdiyev, Edu Grata təhsil mərkəzinin direktoru Cəlal Cümşidi, məktəb direktorları, direktor müavinləri,  valideynlər və  şagirdlər iştirak ediblər.

 

Olimpiadanın keçirilməsi Sabunçu rayonu üzrə "Kiçik Akademiya" lar arasında əlaqələrin genişləndirilməsi məqsədini daşıyıb.

 

Mərasimdə I, II, III yerlərin sahibləri diplom və hədiyyələrlə, digər komandalar isə fərqlənmə sertifikatı ilə təltif olunublar.