Lənkəran Dövlət Universitetində  (LDU)  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və 2020-ci il münasibəti ilə “Yeni il karnavalı” keçirilib.

 

LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başa çatmaqda olan ilin yekunlarından, 2020-ci ildə qarşıda duran vəzifələrdən söz açaraq bütün kollektivə gələcək fəaliyyətində uğurlar arzu edib.

 

Tədbirdə 2019-cu ildə universitetin ictimai həyatında fəal iştirak edən, təhsil uğurları ilə seçilən yubilyar müəllimlərə, tələbələrə,idmançılara fəxri-fərman,təşəkkürnamə və pul mükafatları  təqdim edilib.

 

Şaxta baba,  Qar qızın qonaq olduğu “Yeni il karnavalı” şən mahnılar, oynaq rəqslər, məzəli səhnəciklər, bayram ovqatlı zarafatlarla yaddaqalan olub və iştirakçılara xoş bayram əhval- ruhiyyəsi bəxş edib.

 

Qeyd edək ki, 31 dekabr  Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il  münasibəti ilə LDU-nun   bütün kollektivinə pul mükafatları verilib.