Azərbaycan Texniki Universitetində (AzTU) 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilə həsr olunan bayram tədbiri keçirilib.

 

Tədbirdə iştirak edən AzTU-nun rektoru Vilayət Vəliyev universitetin professor-müəllim və tələbə heyətini hər iki bayram münasibətilə təbrik edib, həmrəylik gününün əhəmiyyətindən danışıb.

 

Bayram tədbirində universitetin ictimai həyatında fəal iştiraklarına görə müxtəlif nominasiya üzrə 52 tələbə fəxri fərmanla təltif olunub.

 

Qeyd edək ki, təltif  olunanlar arasında xarici tələbələr də var.

 

Tədbir konsert proqramı ilə  davam edib.