Bakı Mühəndislik Universitetində (BMU) İqtisadiyyat və idarəetmə fakültəsinin genişləndirilmiş iclası keçirilib.

 

Fakültə dekanı, dosent Mayis Əzizov və Tədris işləri üzrə dekan müavini, dosent Xanlar Heydərov ötən semestrin yekunları barədə ətraflı məlumat veriblər. Onlar dərs yükündən söz açaraq dərs prosesində obyektivliyin və şəffaflığın qorunduğunu nəzərə çatdırıb, müəllimlərə imtahanda cavab vərəqələrinin düzgün yoxlanılması ilə bağlı öz tövsiyələrini veriblər.

 

Tədris işləri üzrə dekan müavini Elsevər İbadov imtahanların təşkili və keçirilməsi qaydaları haqqında məruzə ilə çıxış edib.

 

Sonra “Ali təhsil müəssisələrində biliyin qiymətləndirilməsi” mövzusunda seminar baş tutub. Mühasibat uçotu və audit kafedrasının müdiri Firudin Sultanov biliyin ölçülməsi üzrə əsasnamə, imtahan suallarının hazırlanması və yoxlanılması mərhələləri haqqında ətraflı danışıb.

 

Sonda imtahan prosesi ilə bağlı təkliflər səsləndirilib və suallar cavablandırılıb.