Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və  “Metallurgiya və materialşünaslıq” fakültəsinin  əməkdaşları “Baku Steel Company”nin rəhbəri Rasim Məmmədov və kollektivlə görüşüb.

 

Rektor bildirib ki, belə görüşlərin keçirilməsində məqsəd elmin istehsalatla əlaqəsini genişləndirmək və tələbələrin öz sahələri üzrə işlə təmin olunmasıdır. 

 

Rasim Məmmədov rəhbərlik etdiyi müəssisə haqqında qonaqlara məlumat verib.  Azərbaycanın aparıcı şirkətlərindən olan “Baku Steel Company”nin AzTU ilə əməkdaşlıq etməsi, tədqiqat işlərinin artırılması, həmçinin tələbələrin burada işlə təmin olunmasının  vacibliyini qeyd edib.  Bildirib ki, “Baku Steel Company”də “Metallurgiya və materialşünaslıq” fakültəsinin  filialının yaradılması nəzərdə tutulur.