Dəmir Yolu və Metropoliten  üzrə  Bakı Dövlət Peşə Təhsil mərkəzində  31 dekabr-  Dünya  Azərbaycanlılarının  həmrəylık günü və  Yeni  il  münasibəti ilə tədbir  keçirilib.

 

Dövlət Dəmir Yolu liseyinin direktor vəzifəsini müvəqqəti icra edən  Rabil Şahbazov mühəndis-pedaqoji  heyəti  və tələbələri bayramlar münasibəti ilə təbrik edib  və  31-dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramının dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunduğunu xatırladıb. O deyib ki, Azərbaycan diasporu üçün mühüm bayrama çevrilən həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərə hörmət, vətənə bağlılıq hissini özündə təcəssüm etdirir.

  

Sonra “Biz həmrəyik” ədəbi- bədii kompozisiyaya baxış  olub.

  

Sonda isə ictimai, mədəni-kütləvi tədbirlərdə fərqlənən tələbələr mükafatlandırılıb.