Xəzər Universiteti Həyat elmləri departamentinin müdiri Asəf Ömərov və departamentin dosenti Cavid Ocaqi Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, professor İbrahim Cəfərovla görüşüblər. Görüşdə qarşılıqlı elmi-tədqiqat işlərinin və müştərək layihələrin həyata keçirilməsi, yerli və beynəlxalq səviyyəli alimlərin təcrübəsindən yararlanmaq, beynəlxalq və respublika səviyyəli elmi konfrans, o cümlədən,  sərgilərin birgə təşkilinin əhəmiyyəti müzakirə edilib.

 

Sonda ADAU ilə Xəzər Universiteti arasında elm, təhsil və tədqiqat üzrə əməkdaşlıq haqqında memorandum imzalanıb.