Bakı Biznes Universitetinin koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan Universitetlərində Keyfiyyət Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) adlı Erasmus+ layihəsi çərçivəsində Bakı Biznes Universitetində professor-müəllim heyətinin iştirakı ilə keyfiyyət təminatı üzrə avropalı ekspert İnga Juknytė-Petreikienė tərəfindən geniş məzmunda birgünlük təlim keçirilib.

 

Təlimin məqsədi tədris prosesinin tələbəmərkəzli yanaşma əsasında qurulmasını praktiki şəkildə nümayiş etdirmək olub.

 

Belə ki, təlim müddətində tələbələrin tədris prosesinə daha aktiv cəlb edilməsini təmin edən müasir tədris metodları, qiymətləndirmə  və mənimsəmə nəticələri və onların müəyyənləşdirilməsi qaydaları haqqında real nümunələr əsasında təlimçi tərəfindən təqdimat keçirilib. Eyni zamanda, tələbəmərkəzli yanaşmanın əsas xüsusiyyətlərindən biri olan və fəaliyyətlərin effektivliyinin müəyyənləşdirilməsinə imkan verən sorğu, geri bildirim sisteminin vacibliyi haqqında da müzakirələr aparılıb.

 

Daha sonra professor-müəllim heyəti qruplar şəklində yeni tədris metodlarına uyğun olaraq təqdimatlar hazırlayıb.

 

Təlim sual-cavab diskussiyası ilə davam etdirilib.