“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Şamaxı rayon mərkəzindən 17 km məsafədə ucqar dağlıq ərazidə yerləşən Həmyə kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülşən Zabitliyə həsr olunub. Gülşən Zabitli 2019-cu ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 54 bal toplayıb.

 

Gülşən müəllim düşünür ki, təhsildə fərdi yanaşma önəmlidir. Müəllim hər şagirdin fərqli düşüncə və qavrama səviyyəsinə malik olduğunu da bilməlidir. Şagirdləri ilə dost olmağa çalışan Gülşən Zabitli bu cür münasibətin müsbət nəticəsini görəndə sevindiyini deyir.

 

Qeyd edək ki, “Bizim müəllim” layihəsi ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

 

 


Bölmənin digər xəbərləri