“Təhsil” televiziyasının “Təməl” verilişinin budəfəki buraxılışı Amerika Birləşmiş Ştatlarında lentə alınıb.


Verilişdə ABŞ-da əmək bazarı, təhsil və həmin ölkədə çalışan azərbaycanlıların əmək fəaliyyətinə dair müzakirələr aparılıb.
Cəsarət Valehovun təqdimatında yayımlanan verilişin qonaqları ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov və VKB şirkətlər qrupunun rəhbəri Pənah İbrahimovdur.