AMEA-nın Naxçıvan Bölməsində Rəyasət Heyətinin cari ilə olan ilk iclası keçirilib.

 

İclasda bölmənin doktorant və dissertantlarının attestasiyası olub. Təhsil və kadrlar şöbəsinin baş mütəxəssisi Leyla Səfərova qurumun doktorant və dissertantları ilə bağlı məlumat verib.

 

Sonra bölmə üzrə 55 doktorant və dissertantların hesabatları dinlənilib. Onlar elmi-tədqiqat mövzularını və nəticələrini Rəyasət Heyəti üzvlərinin diqqətinə çatdırıblar.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev doktorant və dissertantların apardıqları tədqiqatlarla bağlı fikirlərini bildirib, onlara elmi fəaliyyətlərində uğurlar arzulayıb.

 

Daha sonra bölmənin elmi-tədqiqat institutlarının Elmi şuralarının 2020-ci il üçün iş planı təsdiq olunub.

 

İclasda, həmçinin bölmə əməkdaşlarının 2020-ci il üçün elmi-tədqiqat planları təsdiqlənib. Bu barədə məlumat verən Elmi-təşkilat şöbəsinin müdiri,  dosent Orxan Bağırov bildirib ki, bu il 6 elmi istiqamətdə 6 problemi əhatə edən 38 işin 99 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub.

 

İ.Hacıyev əməkdaşlara mövzu aktuallığının diqqətdə saxlanılması, aparılacaq tədqiqatların elmi səmərəliliyinin yüksəldilməsi və s. məsələlərlə bağlı tövsiyələrini verib.

 

Sonda bir sıra cari məsələlərə baxılıb.