Bakı Dövlət Universitetində (BDU) Mexanika-riyaziyyat, Tətbiqi riyaziyyat və kibernetika, Fizika, Kimya, Biologiya, Coğrafiya, Geologiya, Ekologiya və torpaqşünaslıq, Beynəlxalq münasibətlər və iqtisadiyyat, Hüquq, Jurnalistika, Şərqşünaslıq, Sosial elmlər və psixologiya fakültələri üzrə 5333 tələbə imtahan verib.

 

BDU-dan bildirilib ki, imtahan başa çatdıqdan sonra yazı işləri imtahana nəzarət edən müəllim-koordinatorlar tərəfindən yoxlama üçün ayrılan auditoriyalarda rəhbər-koordinatorlara təqdim edilir. İmtahan yazı vərəqələri yoxlanıldıqdan sonra qəbul edilir və hər bir qrup üzrə tələbə sayı, imtahana gəlməyən və buraxılmayan tələbələrlə bağlı qeydlər edilir. Kodlaşmadan sonra müəllimlər yoxlamaya başlayırlar. Hər bir sual 0-10 bal arası qiymətləndirilir və yazılmış hər bir qiymətlə bağlı əsaslandırma aparılır.

 

2020-ci il yanvarın 7-dən 31-dək keçiriləcək sessiya imtahanlarında üzrlü və üzürsüz səbəblərdən iştirak etmədiklərinə görə akademik borcu yaranmış tələbələr (magistrantlar) 2020-ci il fevral ayının 3-dən 7-dək həmin fənlərdən imtahan verə biləcəklər.