Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində “Müasir mərhələdə multikulturalizm” mövzusunda elmi konfrans keçirilib.

 

Universitetin rektoru Elbrus İsayev əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan multikulturalizmin Azərbaycan xalqının həyat tərzinə çevrildiyini,  dövlət səviyyəsində hər zaman təbliğ olunduğunu bildirib.  

 

“Bu dəyərlərə önəm vermək sahəsində Azərbaycan dünya dövlətləri içərisində nəinki seçilib, beynəlxalq təşkilatlarda mövqeyini də  möhkəmləndirib”-deyən rektor 2015-ci ildən universitetdə Multikulturalizm  fənninin keçirilməsindən danışıb və qeyd edib ki, Naxçıvan Dövlət Universiteti fənni tədris prosesinə seçmə fənn kimi daxil edən ilk universitetlərindən biridir.

 

Fəlsəfə və sosial iş kafedrasının professoru, fəlsəfə üzrə elmlər doktoru  Məmməd Rzayev bildirib ki, qlobal problemlərin həllində multikulturalizm mühüm rol oynayır. O, ölkəmizdəki multikultural, tolerant mühitin üstünlüklərindən danışaraq, Azərbaycanın multikulturalizm sahəsində əldə etdiyi uğurların dünya dövlətləri, ölkəmizə gələn qonaqlar tərəfindən də etiraf edildiyi və yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

 

Beynəlxalq münasibətlər kafedrasının müdiri,  dosent Şamxal Məmmədov vurğulayıb ki, ölkəmiz dünyada multikulturalizm və tolerantlıq sahəsindəki təcrübəsi ilə də tanınır.