Naxçıvan Müəllimlər İnstitutunda Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi ilə birlikdə II siniflərin riyaziyyat və azərbaycan dili dərslikləri müzakirə olunub.

 

Müzakirədə institutun professor-müəllim heyəti, Naxçıvan Təhsil Nazirliyinin əməkdaşları, ümumtəhsil məktəblərinin ibtidai sinif müəllimləri və tələbələr iştirak ediblər. Müzakirə olunan kitablar elmi-metodiki, pedoqoji və psixoloji cəhətdən təhlil edilib.