AMEA-nın Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumu və proqnozunu açıqlayıb.

 

Açıqlamada yanvarın 29-dək Günəş fəallığının çox aşağı səviyyədə olacağı bildirilib. 2 MeV-dən çox enerjili elektron seli proqnoz dövründə normal səviyyədə olacaq. 10 MeV-dən çox enerjili proton selinin fon səviyyələrində davam etməsi gözlənilir.

 

Məlumatda deyilir ki, geomaqnit sahədə ümumən sakitlik (Kp=2, 3) davam etsə də, mümkündür ki, fasilələrlə az fəal şərait meydana gəlsin. Maqnit qasırğasının yaranması ehtimalı yanvarın 28-də 1 faizdən, yanvarın 29-da isə 5 faizdən aşağı qiymətləndirilir.