Çin Təhsil Nazirliyi təhlükəli koronavirus epidemiyası ilə əlaqədar yeni tədris ilinin təxirə salındığını elan edib.

 

"Çin Təhsil Nazirliyi, 2019-nCoV koronavirusun yayılması səbəbiylə kollec və universitetlər üçün 2020-ci ilin yaz semestrinin təxirə salındığını elan edir", - deyə nazirlikdən verilən məlumatda bildirilir. 
 

Nazirliyin məlumatında qeyd olunur ki, "İdarədə təlim müddətinin başlanması üçün dəqiq tarix verilmir, lakin bölgədəki epidemik vəziyyətdən asılı olaraq belə bir qərar verilməlidir."  Nazirlik tətilə gedən tələbələrin əlavə xəbərdarlığa qədər geri qayıtmamalarına dair göstəriş verib.

 

Nazirlik qeyd edir ki, yerli hakimiyyət orqanları məktəblərdə və uşaq bağçalarında dərslərin başlanma tarixlərini müəyyənləşdirməlidir.
Çində, koronavirusun yayılması səbəbiylə qış tətili 2 fevrala qədər uzadılıb. Bundan əvvəl yeni koronavirusa yoluxanların sayının 4515 nəfərə çatdığı, 80 nəfərin öldüyü bildirilib.


Xəstəliyin törədicisi yeni koronavirus 2019-nCoV-dir.

 

Oruc MUSTAFAYEV