Tbilisi Dövlət Universiteti Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Tamar Sulukhia Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) olub.

 

O, UNEC-in Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru Aqil Əzizovla görüşüb və onunla iki universitet arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparıb. Professor-müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi, birgə elmi konfransların təşkili məsələləri də müzakirə predmeti olub.  Görüşdə, həmçinin  magistratura proqramları haqqında məlumat verilib.

 

Aqil Əzizov və Tamar Sulukhia iki ali təhsil müəssisəsi arasında anlaşma memorandumunu imzalayıblar.

 

Qeyd edək ki, memorandum iki universitet arasında tələbə və magistr mübadiləsi, birgə tədqiqat işlərinin aparılması, konfrans və seminarların təşkili, o cümlədən, distant təlimlərin aparılmasını özündə ehtiva edir.