Gəncə Dövlət Univesitetinin (GDU) biologiya – kimya fakültəsinin III kurs tələbəsi Fidan Vəliyeva “Mevlana Değişim Proqramı” çərçivəsində  Türkiyənin Bolu Abant İzzet Baysal Universitetində təhsilini uğurla  başa çatdıraraq geri qayıdıb.

 

Universitetdən verilən məlumata görə, F.Vəliyeva təhsil müddətində  ixtisası ilə əlaqədar 3 akademik məqalə, 2 referans məktubu ilə çıxış edib. Həmçinin həmin universitetdə baş tutan bir çox tədbirlərə qatılıb.

 

 F.Vəliyeva adıçəkilən proqramların davamlı olmasını ali məktəb tələbələri üçün yaxşı şans adlandırıb.  

 

“Bu cür proqramlara qatılarkən həm Azərbaycanı, həm də universiteti beynəlxalq platformalarda tanıdaraq təhsildə gələcəyə doğru güclü bir addım atmış oluruq. Bu, bizim üçün çox fəxredici bir haldır. Belə  şansı bizə yaratdığı  üçün hər iki universitetə- Gəncə Dövlət Universiteti və Bolu Abant İzzet Baysal Universitetinə təşəkkürümü bildirirəm”-deyə F.Vəliyeva bildirib.