Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Beynəlxalq Avrasiya Mətbuat Fondu ilə birlikdə  yeni, maraqlı  layihəyə start verib.

 

Layihə çərçivəsində ilk olaraq Tərtər rayonu seçilib və burada  əlilliyi olan uşaqlar üçün müxtəlif əyləncə, o cümlədən  təlimlər təşkil edilib.

 

Universitetin İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova və UNEC Tələbə Həmkarlar İttifaqı Komitəsinin bir neçə üzvü Tərtərdəki  Avrasiya Təlim Mərkəzində ilk təlimi ingilis dili və idman dərslərinə həsr ediblər. Universitetin tələbələri qruplara bölünərək dərslərdə iştirak edib,  uşaqlara bilik öyrədib və onları əyləndiriblər.

 

Tərtər rayonunun cəbhəyanı kəndlərində yerləşən məktəblərdə oxuyan şagirdlərlə də  görüş keçirilib və onlara bildirilib  ki, bundan sonra həmin təhsil ocaqlarının şagirdlərinə həm dərs ləvazimatı sarıdan , həm də tədris prosesi ilə bağlı lazımi dəstək göstəriləcək.