Bakı Dövlət Universitetində (BDU) Mədəniyyət-yaradıcılıq mərkəzi yaradılıb.

 

Mərkəzə Əməkdar incəsənət xadimi Nailə Mirməmmədli direktor təyin olunub.

 

Mərkəzin yaradılmasında məqsəd tələbələrin sosial fəallığının artırılması, mədəni, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsindən ibarətdir.

 

Mərkəzin bazasında qızlardan və oğlanlardan ibarət instrumental və rəqs ansamblının, ölkə festivallarına, respublikadan kənarda keçirilən tədbirlərə qatılmaq üçün tələbələrdən ibarət qrupların təşkili nəzərdə tutulur.

 

Mərkəz ölkələrarası mədəni münasibətlərin genişlənməsi, Azərbaycanın zəngin mədəniyyətinin təbliği işinə də töhfə verməyə çalışacaq.