Abşeron rayon Xırdalan şəhər onbirillik musiqi məktəbinin müəllim-şagird kollektivi Ağdaş şəhər Habil Əliyev adına 1 nömrəli uşaq musiqi məktəbində rəngarəng konsert proqramı ilə çıxış edib.  Azərbaycan və dünya bəstəkarlarının əsərlərinin səsləndirildiyi konsertdə, muğamlar ifa olunub, məktəb şagirdlərinin ifasında müxtəlif rəqslər nümayiş etdirilib. Konsert tamaşaçılarda xoş ovqat yaradıb.

 

Tədbirdə onbirillik musiqi məktəbinin direktoru, Əməkdar müəllim İkram Manafov, Ağdaş şəhər musiqi məktəbinin direktoru Rafiq İsgəndərov, Göyçay rayon uşaq musiqi məktəbinin direktoru Rövşən Zamanov və Ağdaş rayon Ləki qəsəbə uşaq musiqi məktəbinin direktoru Tərlan Pənahov çıxış edərək belə tədbirlərin davamlı keçiriməsini diqqətə çatdırıblar.

                                                       

Sifai SƏFƏROVA