AFFA ilə Regional Futbol Federasiyaları İctimai
Birliyinin 15 yaşadək futbolçulardan ibarət
komandalar arasında birgə təşkil etdiyi "Region
kuboku" turnirinə yekun vurulmuşdur.
Üçüncü yer uğrunda oyunda Şəkinin "Gənclik"
komandası ilə Qusarın "Şahdağ" klubu
qarşılaşmışdır. Oyun 2:1 hesabı ilə Qusar
futbolçularının xeyrinə başa çatmışdır.
Final oyunu isə UGİM (Mingəçevir) və "Siyəzən"
komandaları arasında keçirilmişdir.
Qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə
bitmişdir. Qalib penalti seriyasında
müəyyənləşmişdir. 11 metrlik zərbələri dəqiq
yerinə yetirən UGİM 8:7 hesabı ilə qələbə
qazanaraq "Region kuboku"nun qalibi olmuşdur.
|