Təhsil tədqiqatçısı
Rasim Həsənzadə
Rasim Həsənzadə 2021-ci ildə Azərbaycan Dillər Universitetinin Xarici dil (ingilis dili) müəllimliyi üzrə bakalvriat səviyyəsini bitirərək, elə həmin ildə magistratura səviyyəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin SABAH -Magistratura proqramının Pedaqogika ixtisasının Təlim və tədrisin təşkili və metodikası ixtisaslaşmasına daxil olmuşdur. 2023-cü ildə "Akkreditasiya qaydalarının və qiymətləndirmə meyarlarının ali təhsil müəssisələrinin keyfiyyət təminatının beynəlxalq təcrübə əsasında formalaşmasına təsiri" magistr dissertasiya işini uğurla müdafiə edərək, magistratura səviyyəsində təhsilini bitirərək, Türkiyə Cümhuriyyətinin Dövlət Təqaüdü olan Türkiyə Bursları təqaüdü ilə Qazi Universitetində "Kurikulum və tədris" ixtisasında doktorantura təhsilinə başlamışdır. 2 il ingilis dili müəllimi kimi faəliyyəti göstərmişdir, 2022-2023-cü illərdə Azərbaycan Texniki Universitetində Keyfiyyətin təminatı və Öyrənmə-öyrətmə Mərkəzində mütəxəssis kimi çalışmışdır. Rasim Həsənzadə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin institisional və proqram akkreditasiyası üzrə ekspertlərindən biridir. Eyni zamanda bir çox yerli və beynəlxalq layihələrin iştirakçısı və bir neçə elmi məqalənin müəllifidir.
Bloqları
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Elm və təhsil xəbərlərinin etibarlı ünvanı!
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.