Təhsil mütəxəssisi, jurnalist
Oruc Mustafayev
Mustafayev Oruc İsa oğlu 1962-ci il yanvarın 3-də Gürcüstan Respublikasının Qardabani rayonunun Nəzərli kəndində anadan olub. 1979-cu ildə orta məktəbi bitirib. 1980-ci ildə indiki Bakı Dövlət Universitetinin "Kimya müəllimliyi" ixtisasına qəbul olub. 1985-ci ildə həmin ali təhsil müəssisəsini bitirib. Bir müddət Gürcüstanda əmək fəaliyyəti ilə məşğul olduqdan sonra, ötən əsrin 90-cı illərində Azərbaycana qayıdıb. 1994-1996-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Səbail və Nərimanov idarələrində aparıcı mütəxəssis vəzifəsində çalışıb. Son 27 il ərzində dövri mətbuatda fəaliyyət göstərir. 1997-2008-ci illər ərzində gündəlik ictimai-siyasi "Şərq" qəzetində beynəlxalq mövzularda yazılar yazıb. 2010-cu ildən fəaliyyətini "Azərbaycan müəllimi" qəzetində davam etdirir. Hazırda qəzetin şöbə redaktoru vəzifəsində işləyir.
Bloqları
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
Elm və təhsil xəbərlərinin etibarlı ünvanı!
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.