Bakı Slavyan Universitetində (BSU) Rusiya Mədəniyyət-informasiya Mərkəzinin, Azərbaycanda Rusdilli Tədris Müəssisələri Assosiasiyasının və BSU-nun filologiya və xarici dil müəllimliyi fakültəsinin birgə təşkilatçılığı ilə Rusiyanın tanınmış dilçi-alimi, ədəbiyyatşünas, akademik Viktor Vinoqradovun 125 illik yubileyinə həsr olunan “V.V.Vinoqradovun linqvistik ideyaları” mövzusunda tədbir keçirilib.

 

Filologiya və xarici dil müəllimliyi fakültəsinin dekanı, dosent Gültəkin Əliyeva  V. Vinoqradovun dilçilik elmi sahəsində misilsiz xidmətlərindən danışıb, bu istiqamətdə keçirilən tədbirin  tələbə-gənclər üçün əhəmiyyətini qeyd edib.

        

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Leyla Vəzirova “V.V. Vinoqradovun həyat və yaradıcılığı”,  BSU-nun müasir rus dili kafedrasının müdiri, professor İlyas Həmidov “V.V. Vinoqradovun  elmi irsi və müasirlik”, ümumi dilçilik kafedrasının professoru  Aslan Məmmədli “Rus dilinin frazeologiyasının aktual məsələləri”, müasir rus dili kafedrasının professoru Lidiya Qranovskaya “Bədii nitqin stilistikası”, “Ölkə və xarici filologiyada müəllif obrazı” mövzusunda mərusələrlə çıxış ediblər.

 

Tədbir V. Vinoqradovun elmi fəaliyyəti barədə diskussiya ilə davam edib.

 

Sonda çıxış edən Azərbaycanda Rusdilli Tədris Müəssisələri Müəllimləri Assosiasiyasının rəhbəri Lyubov Yakunina tədbirin təşkilini yüksək qiymətləndirib.