E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli məktəb-lisey pandemiya səbəbindən 3 aydan artıq bir müddətdə ölkədə təhsilin onlayn fəaliyyət rejiminə keçirilməsinə baxmayaraq, uğurlarını davam etdirib.   

 

Belə ki, Təhsil Nazirliyinin Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə əlaqədar  təşkil etdiyi “Ən yaxşı təqdimat” müsabiqəsində məktəbin XI sinif şagirdi Nilufər Qəhrəmanova II yeri qazanıb.

 

Rayonda  Ulu öndər Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunmuş  Breyn-Rinq intellektual yarışında məktəbin 9-cu sinif şagirdi Ləman Murad I yeri tutub.

 

IX sinif şagirdi Nəzrin Mirzəyeva İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin 28 May Respublika Günü münasibətilə keçirdiyi rəsm müsabiqəsində I yeri tutaraq diplom və qızıl medalla, Təhsil Nazirliyinin Fövqəladə Hallar Nazirliyi ilə birgə keçirdiyi “Fövqəladə hallar uşaqların gözü ilə” IX respublika uşaq yaradıcılığı müsabiqəsində isə “Plakat” nominasiyası üzrə III dərəcəli diplomla təltif olunub.

 

VI sinif şagirdləri- Aynur Əhmədli və Hacı Şirəliyev Təhsil Nazirliyinin keçirdiyi “Virtual əlaçı” bilik yarışının 6-cı və 8-ci həftəsinin qalibləri olublar.

 

Son günlər məktəb kollektivini sevindirən daha bir hadisə isə Respublika Fənn Olimpiadasının final turunda məktəbin iki şagirdinin- IX sinif şagirdi Lamiyə Namazova və XI sinif şagirdi Aytən Salehovanın coğrafiya fənni üzrə II yeri qazanması olub.

 

Məktəb rəhbərliyi həmin şagirdlər və onların müəllimləri ilə onlayn görüş keçirib. Direktor Əhmədağa Ələkbərov şagirdləri və pedagoji kollektivi təbrik edərək qalibləri məktəbin Fəxri Fərmanı ilə təltif edib.

 

Sevda Qasımova, müəllim