Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Əlyazmalar Fondunda “Ərəbdilli əlyazma və çap kitablarının kataloqu”nun nəşri ilə bağlı iclas keçirilib.

 

Fondun direktoru, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov bu elmi müəssisədə saxlanılan ərəbdilli əlyazma və çap kitabları, onların müəllifi, naşirləri haqqında ətraflı məlumat verib.

 

Daha sonra Əlyazmaların toplanması şöbəsinin müdiri Fəxrəddin Eylazov və elmi işçi Kübra Vəliyeva kataloqun quruluşu, elmi təsviri, eyni zamanda ərəbdilli əlyazma və çap kitablarının məzmununa dair müəyyən məlumatları diqqətə çatdırıb.

 

Qeyd edək ki, Əlyazmalar Fondunda mühafizə olunan əlyazma və qədim çap kitablarının kataloqunun nəşrə hazırlanması ilə əlaqədar “Farsdilli əlyazma və əski çap kitablarının kataloqu” 2018-ci ildə nəşr olunub. “Türkdilli əlyazma və çap kitabları kataloqu” isə hazırlanaraq nəşrə təqdim edilib.