AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun təsis etdiyi “Axtarışlar” jurnalının növbəti sayı çap olunub.

 

Bölmədən bildirilib ki, topluda ədəbiyyatşünaslıq, folklor, dilçilik və sənətşünaslıq sahələrində müxtəlif səpkili mövzularda aparılan tədqiqatlar, elmi araşdırmalar yer alıb.

 

Yeni sayda “Naxçıvanda humanitar elmlərin inkişafı məsələləri”, “Arzu-Qəmbər” dastanının struktur təhlili (Dobruca türklərinin epik folklor materialları əsasında)”, Azərbaycan xalq bayramlarının etnokulturoloji semantikasının nəzəri əsasları”, “Aza qədim türk tanrı mifinin Naxçıvan ərazisi toponimlərində izləri”, “İbrahim Səfiyevin yaradıcılığında mövzu və janr müxtəlifliyi” və digər məqalələr verilib.

 

Jurnalın Biblioqrafiya bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri, dosent Nuray Əliyevanın görkəmli dilçi alim, türkoloq Əbülfəz Quliyevin 70 illiyinə həsr olunan “Fədakar alim ömrü” adlı məqaləsi də dərc edilib.