Təhsildə Keyfiyyət Təminatı Agentliyi ali təhsil müəssisələrinin akkreditasiyası və təhsildə keyfiyyət təminatı üzrə təlim keçəcək peşəkar mütəxəssislərdən ibarət “Təlimçi bazasına” təlimçilər dəvət edir.

 

Müraciət üçün Agentliyin internet saytının (tkta.edu.az) “Təlimçi bazası” bölməsinə daxil olaraq qeyd olunan keçid vasitəsilə elektron qeydiyyatdan keçmək mümkündür.

 

Seçilmiş namizədlər üçün yerli və beynəlxalq keyfiyyət təminatı ekspertləri tərəfindən müvafiq təlimlər təşkil olunacaq və təlimlərdə yüksək nəticə göstərmiş namizədlər sertifikatla təltif olunacaqlar. Yalnız sertifikat əldə etmiş namizədlər TKTA-nın təlimçi bazasına daxil ediləcək.

 

Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi Azərbaycan Respublikası ərazisində ali təhsil sahəsində fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiya proseslərini təşkil edir. Akkreditasiya zamanı təhsil müəssisələri və proqramlarının qiymətləndirilməsi müstəqil Akkreditasiya Komissiyası tərəfindən icra olunur. Akkreditasiya Komissiyasının üzvləri yerli və xarici təhsildə keyfiyyət təminatı mütəxəssislərinin, sahə üzrə elmi işçilərin, əmək bazarının və təhsilalanların nümayəndələri sırasından seçilir.