Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri  vətənpərvərlik mövzusunda  yaradıcılıq işlərini davam etdiriblər.

 

 

Ali məktəbdən bildirilib ki, universitetin teatr sənəti fakültəsinin III kurs  tələbələri Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda ordumuzun qazandığı uğurlardan ilhamlanaraq   yeni videoçarx hazırlayıblar. Videoçarxda tələbələr Xalq şairi Səməd Vurğunun “Ananın öyüdü” şeirini ifa ediblər.

 

Videoçarx ADMİU-nun saytında da yerləşdirilib.