Təhsil Nazirliyinin dəstəyi və 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə "Qarabağ Azərbaycandır!" adlı onlayn beynəlxalq uşaq rəsm müsabiqəsinə start verilib. Müsabiqə 2020-ci ilin 18 noyabr - 29 dekabr tarixlərində keçiriləcək.

 

Müsabiqənin keçirilməsində məqsəd Qarabağın işğaldan azad olunmuş şəhər və kəndlərini uşaq və gənclərə tanıtmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hisslərini artırmaq və hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, uşaqların ev şəraitində asudə vaxtlarını səmərəli təşkil etmək, istedadlı uşaqları üzə çıxarmaq və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarətdir.

 

Müsabiqəyə respublikamızda və xarici ölkələrdə yaşayan 6-17 yaşlı uşaq və gənclər dəvət olunur. Eyni zamanda müəllimlər də müsabiqəyə qatıla bilərlər.

İştirakçılar aşağıdakı şərtləri nəzərə almalıdırlar:

 

  • -  Müsabiqə 3 yaş qrupu (6-9 yaş, 10-13 yaş, 14-17 yaş) üzrə keçirilir;
  • -  Ümumtəhsil və internat məktəbləri, uşaq-gənclər inkişaf mərkəzləri və digər təhsil müəssisələrindən hər yaş qrupu üzrə müsabiqəyə bir rəsm işi təqdim edə bilər;
  • -  Rəsmlər maksimum A2 formatda olmalıdır;
  • - Rəsmlərin işlənmə texnikası sərbəstdir (yağlı boya, akril, akvarel, quaş, rəngli karandaş,   flamaster, pastel təbaşir, tuş və s.);
  • - Şərtlərə cavab verməyən işlər müsabiqədən kənarlaşdırılır;
  • - Rəsmlərin aşağı sağ küncündə iştirakçının adı, soyadı, yaşı, yaşadığı ölkənin və şəhərin adı Azərbaycan və ingilis əlifbası ilə qeyd olunmalıdır;
  • - Rəsmlər elektron şəkildə müsabiqənin Təşkilat Komitəsinin ([email protected]) elektron ünvanına göndərilməlidir. 

 

Müsabiqə haqqında ətraflı məlumat Bakı şəhəri 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  "Facebook" () və "İnstagram" () səhifəsində təqdim olunur. 

 

Müsabiqə 3 mərhələdə keçiriləcək: 

 

I mərhələ – 18 noyabr - 15 dekabr 2020-ci il.  Müsabiqəyə qatılmaq istəyən iştirakçıların rəsm işlərinin qəbulu

 

II mərhələ – 15-23 dekabr 2020-ci il. Rəsmlərin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi və qaliblərin seçilməsi

 

III mərhələ- 24-29 dekabr 2020-ci il. Müsabiqə qaliblərinin sosial şəbəkə vasitəsilə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" və "İnstagram" səhifəsində elan edilməsi və diplomların qaliblərin elektron ünvanlarına göndərilməsi

 

Müsabiqəyə təqdim olunan rəsmlər mütəxəssislərdən ibarət Münsiflər Heyəti tərəfindən qiymətləndiriləcək. Hər yaş qrupu üzrə I, II, III yerlərə layiq görülən  iştirakçılar Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Hər yaş qrupu üzrə bir iştirakçı "Qran-pri" mükafatına layiq görüləcək.

 

Müsabiqə ilə bağlı əlavə suallarınız olarsa,  3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin "Facebook" (https://www.facebook.com/3nomreliUGIM) və "İnstagram" (https://instagram.com/3_nomreli_ugim?igshid=1rhxbvjohrs08) səhifələrinə müraciət edə və +994 50 432 43 02, + 994 55 549 58 52 “WhatsApp” telefon nömrələri ilə əlaqə yarada bilərsiniz.