Dekabr ayının 5-də  Dövlət İmtahan Mərkəzində (DİM) 2020-ci ilin sonuncu SAT imtahanları keçirilib. İmtahan qurumun inzibati binasında müvafiq sanitar-gigiyena qaydalarına uyğun və hər imtahan otağında sosial məsafə gözlənilməklə təşkil olunub.

 

DİM-dən bildirilib ki, imtahanlarda ümumilikdə 72 nəfər iştirak edib (67 nəfər SAT, 1 nəfər SAT esse, 4 nəfər isə SAT Subject olmaqla). 3 nəfər imtahana qatılmayıb. İmtahan müddətində xidmət üzrə keyfiyyətin və təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahanın keçirilməsinə dair bütün prosedurlara  tam riayət olunub.

 

Növbəti SAT imtahanlarının 2021-ci il mart ayının 13-də keçirilməsi nəzərdə tutulur. SAT imtahanlarına qeydiyyatdan keçmək haqqında ətraflı məlumatı DİM-in rəsmi internet saytından əldə etmək olar: http://dim.gov.az/activities/exams/sat/