Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Okuklu İnşaat” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

 

Universitetdən bildirilib ki, sənədə rektor Vilayət Vəliyev və şirkətin baş direktoru Yılmaz Okuklu imza atıb. Memoranduma əsasən, universitetin müxtəlif fakültələrinin bakalavriat, eləcə də magistratura səviyyələrində təhsil alan tələbələrinin şirkətdə  istehsalat təcrübəsinə cəlb edilməsi və daxili müsabiqə əsasında işə qəbulu həyata keçiriləcək.

 

Əməkdaşlıq çərçivəsində birgə elmi-tədqiqat laboratoriyalarının, konstruksiya bürolarının yaradılması, tələbələrin startap layihələrinin reallaşdırılması üçün maliyyə vəsaitlərinin və investisiyaların cəlb edilməsi də nəzərdə tutulub.