Təhsil Nazirliyi 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “31 dekabr- Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş "Biz sülh istəyirik" adlı beynəlxalq onlayn "dəyirmi masa" keçirilib.

 

"Dəyirmi masa"nın keçirilməsində əsas məqsəd xarici ölkələrdə yaşayan azərbaycanlı uşaqlarla görüş təşkil etmək, onlar arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətləri yaratmaq, həmvətənlərimizin sülh arzularının, tarixi qələbə sevincinin ifadə olunmasına şərait yaratmaqdan ibarət olub.

 

"Dəyirmi masa"da Amerika, Türkiyə, Almaniya, İsveç, Kanada, Gürcüstan, Norveç, Ukrayna, Misir və digər ölkələrdə yaşayan azərbaycanlı uşaqlar, o cümlədən  2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin kollektivi iştirak edib.

 

Görüşdə iştirakçılar bütün dünya uşaqlarına sülh arzu etdiklərini, torpaqlarımızın işğaldan azad edilməsi ilə qürurlandıqlarını qeyd edib və Azərbaycanın tarixi qələbəsi münasibətilə təbriklərini ifadə ediblər.