Lənkəran Dövlət Universitetində (LDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına start verilib. İmtahanlar yanvarın 11-dən fevralın 6-sına kimi distant formada keçiriləcək.

 

Universitetdən bildirilib ki, imtahanda fənn üzrə elektron biletdə olan sualların cavablandırılması və həmin cavabların elektron formada şəxsi kabinetə yerləşdirilməsi üçün hər bir tələbəyə 2 saat 30 dəqiqə vaxt nəzərdə tutulub.

 

Fənlər üzrə imtahanın nəticələri (aralıq qiymətləndirmə) maksimum 50 balla (hər imtahanın cavabı maksimum 10 bal olmaqla) qiymətləndiriləcək.

 

İmtahan sessiyasında tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, ortaya çıxa biləcək neqativ halları dərhal aradan qaldırmaq məqsədi ilə Operativ Qərargah və Apelyasiya Komissiyası yaradılıb.

 

Qərargahın əlaqə telefonları 25-5-27-86, 25-5-24-17 müəyyən edilib.

 

İmtahan sonucları elan olunduqdan sonra aralıq qiymətləndirmənin nəticəsindən narazı qalan tələbələr [email protected] e-mail ünvanına müraciət edə bilərlər. Həmin müraciətlər mütəxəssis müəllimlər  və kafedra müdirlərinin iştirakı ilə operativ araşdırılacaq, nəticəsi barədə tələbəyə məlumat veriləcək.