Dekabrın 23-də Lütfi Zadə adına beynəlxalq olimpiadanın informatika fənni üzrə yarış mərhələsi keçirilir.


20 ölkəni təmsil edən şagirdlərin informatika fənni üzrə qatıldığı olimpiadada iştirakçılara 4 tapşırıq və onların həlli üçün 5 saat vaxt verilib. İmtahan bitdikdən sonra iştirakçıların yazı işləri yerli və əcnəbi mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim ediləcək.


Qeyd edək ki, dünya şöhrətli Azərbaycanlı alim, qeyri-səlis məntiq nəzəriyyəsinin banisi Lütfi Zadə adına Beynəlxalq Olimpiadaya Azərbaycan evsahibliyi edir.